Zina etmiş kişi və qadın kəbin kəsdirə bilərlərmi?
Sual:
Assalamu aleykum.Eger muselman namehrem kisi ve qadin nefsiyle bacarmayib tam cinsi elaqeye girmeden zina emellerin ediblerse (mazaqlasmaq, ve.s) onlarin kebin kesdirmesi icazelidir? Hansi halda kisi ve qadinin kebin kesdirmesi qadagandir? Ancaq zinakar olsalar yoxsa nefsi ile bacarmayib zina etseler de? Bu emeli eden cahil genclere nece nesihet edek?
Cavab:
Və aleykum Salam. Hər bir halda əgər hər iki tərəf bu günahdan səmimi qəlbdən tövbə edib peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Əgər qadın əvvəlki ərindən yenicə boşanıbsa, 3 ay gözləməlidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət-Təhrim, 8). Daha ətraflı: