Əxlaqsız şəkillərə baxmaq və pis sözlər danışmağın cəzası nədir?

    25.02.2019
Sual: 
Salam ALEYKUM internetdə pozğun şəkillərə baxmaq və ya pis sözlər danışmaq günahmıdır və cəzası nədir?Tövbə namazı qılınarsa günah təmizlənər?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz şeylərə baxmaq günahdır və zina kimi daha böyük olan günahlara qapı açır. Tövbə edilməyi təqdirdə də belə günahların cəzası Cəhənnəm atəşidir. Uca Allah buyurur: "Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?"– deyəcəklər. Dəriləri deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz". (Fussilət, 20-24). 
Lakin, səmimi tövbə etdikdən sonra bağışlanmayan günah yoxdur. Tövbəni pozduqda bir daha tövbə edin və günahlardan çəkinməyə çalışın. Bu cavabları oxuyun:
Əxlaqsız foto və videolara baxmaq haqqında
Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında  
Günahdan əl çəkmək üçün nə etmək lazımdır?
Həmçinin ədəbsiz sözlər danışmaq da günahdır. Daha ətraflı: 
Dili və övrət yerini zinadan qorumağın vacibliyi haqqında
Söyüş söymək barəsində hədislər

Teqlər: 
Paylaş: