Əvvəllər başqa cür namaz qılırdım, indi isə sünnəyə uyğun qılıram, bunun günahı varmı?

    19.03.2019
Kimdən: 
Zaur
Sual: 
Selam.men şiye namazi qilirdim.şimdi suni namazi qiliram bu doğrumu bunun bir sakincasi varmi.qeza qilmaliyami yeni gunah deyilmi.rica edirem mene yardim edesiz.Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Haqq yol Quran və Səhih hədislərə əsaslanan yol və ən doğru namaz da Allah Rəsulunun (Allahın ona və ailəsinə salamı və salavatı olsun) qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "...Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən,  Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (Səhih əl-Buxari, 631).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı namazın qılınma qaydası videosu həmin mənbələr əsasında hazırlanmışdır. Həmçinin oxuyun: Sünni və şiə nədir və bunlardan hansı doğrudur?
Keçmişdə qılmadığınız namazların isə qəzalarını qılmağa ehtiyac yoxdur. Bu cavabı oxuyun:  Keçmiş illərin qəza namazları qılnmalıdır?
Paylaş: