Özünə müsəlman deyən, lakin namaz qılmayıb oruc tutmayan şəxs müsəlman sayılırmı?

    27.03.2019
Kimdən: 
Cemil
Sual: 
Salam aleykum ilk yazdigim sualin cavabini yazmadiz zehmet olmasa bu sualima cavab etrafli cavab yazardiz ozune muselman deyen saglam kamil bir insan namaz qilmadiqda oruc tutmadiqda ve namaz oruc muselmana farz oldugunu bildiyi halda hec birini etmedikde o muselman sayilirmi ve onunla salamlasmaq gorusmek komeyne catmaq bir muselmana vacibdirmi
Cavab: 
Və aleykum Salam. Allaha və Peyğəmbərə iman gətirib özünü islama nisbətən edən bir şəxs namazın, orucun vacib olduğunu bildiyi halda, onları inkar etmədən yerinə yetirməzsə, ümumən müsəlman sayılır, lakin onu bu halda tərk etmək qadağandır. Ona namazın vacibliyini bildirmək, namazı tərk etməyin Cəhənnəm əzabına aparacağı, başqa heç bir xeyirli əməlin namazı və orucu əvəz etməyəcəyi haqqında ayə və hədisləri gözəl şəkildə çatdırmaq lazımdır. Belə biri çətinə düşdükdə ona kömək etmək, qarşılaşdıqda onunla salamlaşmaq, vəfat etdikdə də cənazəsində iştirak etmək lazımdır. Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86). Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanın digər müsəlman üzərində altı haqqı var. Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?" O buyurdu: "Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et". (Səhih Muslim "Salam"; 2162, 4023, 5778). Daha ətraflı:
Teqlər: 
Paylaş: