Əməliyyat səbəbilə əyilə bilməyən namaz qılmalıdırmı?

    06.05.2019
Kimdən: 
Lalə
Sual: 
Allahın salamı olsun.Sizden xahiş edire.Sulımı cavablandırın.Men burnumdan essetk əməliyyat olmuşam.Namazımı bu sebebden qıla bilmirem.Cün ki eyilmek ilmaz mene.2 ci sebebim Sidik saxlamamaq xesteliyim var.qeyri ixtiyarı sidiy axıntlsı olur.Namazımı bu sebebden saxlamalı olmuşam.Ne edim 1 yol gösterin.Yalvarıram tez cavablandırın sualarımı.İndiye qeder Namaz qılmıram.
Cavab: 
Və aleykum Salam.
1. Əyilə bilməmək səbəbilə namaza fasilə vermək olmaz. Oturaraq bacardığınız qədər əyilmək və ya başı hərəkət etdirmək şərtilə namaz qıla bilərsiniz. Səcdədə rükuya nisbətən biraz çox əyilin. Bunu edə bilməsəniz, uzanaraq namaz qıla bilərsiniz. Daha ətraflı:
 
2. Namazı heç bir halda dayandırmaq tərk etmək olmaz. Sidik saxlaya bilməmək problemi olan insan üzrlü sayılır. Çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir. Bu zaman hətta namaz vaxtı nəsə olsa da, fikir verməyərək namazını qıla bilər. Şeytan bu cür üsullarla sizi namazdan yayındırmağa çalışır, əsla namazı tərk etməyin və imanınızı artırın. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: