Namazda hansı surələri oxumaq olar?

    28.04.2019
Sual: 
Salam aleykum. Size bir neçe sual vermek istəyirəm. Namazda hansı sureleri oxumaq olar? Namazda birdən artıq surə oxumaq olarmı? Əgər oxumaq olarsa surələrin ardıcıl olması şərtdirmi? Bir de sizdən bunu soruşmaq istərdim ki, yəni dəstamazda olan vəsvəsəni nece aradan qaldırım? Bu problem məni çox narahat edir. Əgər düşenürəmsə ki dəstəmazım var demeli heqiqeten destamazlıyam? Yoxsa yeniden gedib dəstamaz almalıyam?
Cavab: 

Və aleykum Salam.
1. Namazda insan Fatihədən sonra birdən artıq əzbər bildiyi bir neçə istənilən surəni oxuya bilər. Bunun üçün şəriətdə müəyyən bir say bildirilməyib. Həmçinin surələrin ardıcıl olması da vacib deyildir. Uca Allah buyurur: "...Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun!...". (əl-Muzzəmmil, 20). Həmçinin, oxuyun:
Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı? 
2. Əgər dəstəmazlı olduğunuz halda şeytan sizə dəstəmazsızsınız, dəstəmanız pozulub kimi vəsvəsələr verərsə, buna fikir verməyin. Çünki şeytandan gələn şübhələrin, vəsvəsələrin müalicəsi yalnız onlara əhəmiyyət verməməkdir. Əhəmiyyət versəniz vəsvəsələr daha da çoxalacaq və xəstəlik halına keçib sizi bezdirəcək. Həmçinin bu vəsvəsələrdən qurtulmaq üçün ilk növbədə dəstəmazı pozan amilləri öyrənib qəti şəkildə öyrənib tətbiq etmək, əmin olmaq və bundan sonra şeytandan gələn vəsvəsələrə əhəmiyyət verməmək lazımdır. Həmçinin oxuyun:
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?
Dəstəmaz alanda şübhə gələrsə nə edim?
​​​​​Dəstəmazı pozan amillər

Teqlər: 
Paylaş: