Əri dünyasını dəyişmiş qadın başqa kişi ilə münasibətdə olubsa, necə tövbə etsin?

    28.04.2019
Kimdən: 
AnoniHe
Sual: 
Salam yoldasi rehmete geden qadin bisanmis kisi ile elaqe yasiyibsa Bu gunahdi zehmet olmasa bunu cavablandirardiz eyer Bu gunah sayilirsa bunun bagislanmasiycin ne etmey olar 've hemin adamla kebin kesileceyse yenede gunah sayilir Bu Cox cox vacibdi menimcin namaz hemde namazda qiliram Allah haminin namazini duasini qebul etsin
Cavab: 
Və aleykum Salam. Dul, boşanmış və ya subay qadın sevdiyi insanla yalnız vəlisinin (himayədarının -- atası, qardaşı, əmisi və s.) razılığı və şahidlərin iştirakı ilə kəbin kəsilərək ailə qurduqdan sonra bir-birinə halal olurlar, əks halda kəbinə qədər onların arasında olan münasibət, yaxınlıq Cəhənnəm əzabına aparan zinadır. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət-Təhrim, 8). Həmçinin oxuyun:
Paylaş: