Namazı bitirdikdən sonra üzərində nəcasət olduğunu görən nə etməlidir?

    10.08.2019
Kimdən: 
Xedice
Sual: 
salam a;eykum. men namazi bitiren kimi ayaqyoluna getdim ve axintinin movcud oldugunu gordum. tekrar namaz qilmalioyammi? namaz esnasinda bilmemisem hiss etmemisem.Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Namazın doğru olmasının şərtlərindən biri də namaz qılanın paltarının və namaz yerinin natəmizliklərdən təmiz olmasıdır. Uca Allah buyurur: "Geyimini təmiz saxla! Pis şeyləri tərk et!" (əl-Muddəssir, 4-5). Bu səbəbdən əgər namaz qılan insan paltarında nəcasətin olduğunu bilirsə, bu halda namaz qılması düzgün deyil və bu halda qıldığı namaz sayılmır. Əgər namaz əsanasında paltarında nəcasət olduğunu bilərsə və ya xatırlayarsa, bu halda əgər paltar üst geyimi olarsa və onu çıxarmaq mümkündürsə, bu paltarı namaz əsnasında çıxarmalı, sonra namazını davam etdirməlidir.  Yox, əgər nəcasəti təmizləmək və ya paltarı çıxarmaq mümkün deyilsə, o halda namazdan çıxıb nəcasəti təmizləmək və ya nəcasət olan paltarı çıxarmaq sonra namazı yenidən qılmaq lazımdır. Əgər nəcasəti namazdan sonra görərsə, bu halda namazı doğrudur və bu namazı yenidən qılmağa ehtiyac yoxdur. Əbu Səidin hədisində deyilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) namaz qılarkən ayaqqabılarını çıxarır. Bunu görən camaat da ayaqqabılarını çıxarırlar. Peyğəmbər namazı bitirdikdən sonra: "Ayaqqabılarınızı nə üçün çıxardınız? - deyə onlardan soruşur. Onlar isə deyirlər: "Sən çıxardın deyə biz də çıxardıq. Peyğəmbər dedi: "Cəbrayıl mənim yanıma gəldi və ayaqqabılarımın murdar olduğunu dedi. Ona görə məscidə gələrkən ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsəniz ayaqqabınızı yerə sürtün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılın!" (Əbu Davud, №: 605, 636).
Paylaş: