Dəstəmazı pozan şeylərin hansı miqdarı namazı batil edir?

    27.07.2019
Kimdən: 
Allaşükür
Sual: 
Salam Eleykum Destemazi ve Namazi neler pozur? Bövl(yel) ve idrarin ne qederi Namazi pozur Indiden Allah razi olsun
Cavab: 

Və aleykum Salam. İnsandan sidik, nəcis, yel xaric olduqda dəstəmaz pozulur. Bunun müəyyən bir miqdarı yoxdur. Fərq etməz istər namazdan əvvəl olsun, istər namaz əsnasında. Dəstəmaz pozulduqda namaz da pozulur, çünki dəstəmazsız namaz yoxdur. Lakin əgər bir insan namaz əsnasında yel xaric olmasından şübhələnərsə, bu halda iy və səs duymadıqca, namaza davam etmək lazımdır. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdikdə Pey­ğəm­bər bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137). Lakin, yelin çıxdığına əmin olsanız, iy və səs hiss etməsəniz belə dəstəmazınız pozulur. Həmçinin oxuyun:

Dəstəmazı pozan amillər

Dəstəmazı və namazı batil edən hallar

Paylaş: