Namaza başlayarkən "əməntu billəhi" duasını oxumaq lazımdırmı?
Sual:
Salam men suni namaz qilmaq isteyirem. Namazin baslangicinda euzu billahi minnes seytani racim dedikden sonra yeni niyyetden evvel amentu billehi duasi oxunurmu? Namaz qilarken namaz papagi taxmaq vacibdirmi yoxsa bunsuzda namaz qilmaq olarmi? Destemazdan sonra qurulanmaq olarmi?
Cavab:
Və aleykum Salam. Namaz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılınmalıdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) belə demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, o cür namaz qılın!" (Səhih əl-Buxari, 631). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı namazın qılınma qaydası videosu həmin mənbələr əsasında hazırlanmışdır.

Peyğəmbərimiz istiazə (əuzu billəhi minəş-şeytanir-racim) duasını namazın başlağıcında yox namaza başlayıb istiftah duasını oxuduqdan sonra deyərdi. Habelə, Peyğəmbərimiz nə namazın xaricində və daxilində "əməntu billəhi" duasını oxumamışdır. Niyyət də namazdan əvvəl qəlbdə olmalıdır. Həmçinin, namaz üçün xüsusi papaq olmur. Əgər papaq deməklə təkkəni nəzərdə tutursunuzsa, bu, vacib yox, sadəcə ədəb qaydalarındandır. Dəstəmazdan sonra qurulanmaqda da bir qadağa yoxdur. Həmçinin oxuyun: