Günah etdikdən sonra vicdan əzabı çəkən nə etməlidir?
Sual:
Salam aleykum.size bir sualim var xais edirem cavablandirasiniz.bir qadin gunah edib evli oldugu halda namehrem olan biri ile telefon ile danşıb şekil gönderin.İndi o cox pesmandi vicdan ezabi cekir.bu vicdandan qurtulmasi ucun ne ede biler?
Cavab:
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər günahdan peşman olarsa, bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Tövbə etdikdən sonra günahdan və ona aparan amillərdən çəkinməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71).
İslam alimləri günahı qəlbin yarasına bənzədirlər. Bəzən elə olur ki, insan günahdan peşman olub tövbə edir, lakin günahın ağrı-acısı, narahatlığı insanın yaxasını buraxmır. Bu hal insanın tövbəsinin doğruluğuna dəlalət edir və günahının yuyulmasına səbəb olur. Daha ətraflı: