Rükuda tam əyilməyərək əvvəllər qıldığım namazlar batildirmi?

    11.08.2019
Kimdən: 
İnsan
Sual: 
Salam. Men evvel namaz qilarken rukuda tam eyilmirdim. Bunun namazima hec bir zerer olacagini bilmirdim. Lakin sonra bildim ki men rukuda tam eyilmirmiwem. Indi menim qildigim namazlar batildirmi? Xahiw edirem cavablayin.
Cavab: 
Və aleykum Salam. Rüku etməyin ən aşağı həddi əlin içi (ovuc) diz qapaqlarına çatana qədər əyilməkdir. Əgər əllərin içi dizlərə çatana qədər əyilmisinizsə, bu zaman rüku tamamlanmışdır. Əgər bu həddən az olmuşsa, rüku tamamlanmamış olur. Lakin, bilmədən səhv etmisinizsə, üzürlü sayılırsınız və namazlarınız, inşallah, qəbul olunmuşdur. Çünki, bilmədən edilən xətalara görə günah yazılmır. Namazda rükuda əlləri diz qapaqlarına qoyaraq barmaqları bir-birindən bir az aralı saxlamaq və səcdədə əl barmaqlarını üzü qibləyə tərəf bir-birinə sıx tutulması sünnədir. Rükuda, səcdədə və iki səcdələr arası oturuşda qaməti düz saxlamaq lazımdır. Həmçinin, qaməti düz saxlayarkən rahatlanmaq namazın əsaslarından sayılır. Rahatlanmaq dedikdə, bütün əzaların öz yerini tutaraq rahat olması nəzərdə tutulur. Daha ətraflı:

Teqlər: 
Paylaş: