Vəfat etmiş valideynləri hər gecə yuxuda görmək necə izah olunur?
Sual:
Salam rehmete getmis ata anami qohumlarimi her gece ara vermeden yuxuda gorurem adlarina quran oxuduram cume gunleri adlarina yemek bisirirem olmur yene her gece yuxuma gelirler bu ne anlama gelir cavabiniz ucun onceden tesekkurler
Cavab:
Və aleykum Salam. Quranı ölülər üçün oxumaq və ya oxutdurmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ölülər üçün Allahdan bağışlanma və rəhmət diləməyi buyurmuşdur. Həmçinin, dinimizdə vəfat etmiş yaxın adamı yuxuda gördükdə, istər Cümə günü, istərsə də digər günlərdə nəsə bişirmək buyurulmamışdır. Bunların hamısı dinə sonradan salınan yeniliklərdir (bidətlərdir). Həmçinin oxuyun: