Uşağı abort etdirdikdən sonra qadından gələn qan orucu pozurmu?
Sual:
Salam oruclu ola ola 4 heftelik usagi abort etdirdim usaq dogulandan sonra rehmete gedir durmur qan uyuşmazligindam mecbur oldum sonra çox peşman oldum.tövbe edtdim allah gunahimi bagışlasın diye abortdan bir hefte sonra qan görundu bu vaxt orucum pozulurmu
Cavab:
Və aleykum Salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahdır. Bu səbəbdən Allaha tövbə edin, bu günaha bir daha qayıtmayın və yaxşı işlərə can atın ki, Uca Allah günahlarınızı bağışlasın. Çünki yaxşı işlər günahları silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında – əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114).
Dörd həftəlik dölü abort etdirdikdən sonra gələn qan nifas deyil, istihazə (damar) qanı sayılır. Bu halda namazı və orucu saxlamaq olmaz. Hər namaz üçün yuyunub namazları qılmaq lazımdır. Həmçinin, orucları da tutmaq lazımdır. Əgər zəiflik və ya xəstəlik səbəbindən oruc tuta bilməsəniz, Ramazan ayından sonra buraxdığınız orucları qəza etməlisiniz.
Məlumat üçün bildiririk ki, abort edilən və ya öz-özünə düşən uşaqdan sonra qadından gələn qanın nifas qanı olub-olmaması, düşən uşağın insan formasını almasından asılıdır. Tibb elmi bildirir ki, ana bətnində olan uşaq 80 gün ərzində tam insan formasını alır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa və düşən döl uşaq formasını alıbsa, bu zaman gələn qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılıb oruc tutmaq olmaz. Bu müddət ərzində tutulan oruclar və qılınan namazlar sayılmır. Nifas müddəti bitdikdən sonra buraxılan oruclar qəza edilir. Nifas müddəti ən çox qırx gün olur. Lakin bundan tez də qurtara bilər.
Əgər 81 gündən az olan vaxtda abort olubsa və ya döl uşaq formasını almayıbsa (hətta 81 gündən sonra olsa belə), bu halda gələn qan istihazə qanı (damar qanı) sayılır və bu halda orucu və namazları saxlamaq olmaz. Həmçinin oxuyun: