İstiqraz alaraq ondan pul qazanmaq icazəlidirmi?

    30.06.2019
Kimdən: 
M
Sual: 
Salam Aleykum.İstiqraz alaraq ondan pul qazanmaq halaldırmı?
Cavab: 

Va aleykum Salam. İstiqrazlar almaq, həmçinin, satmaq şəriətlə qadağandır. Çünki, İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızdır. Bu isə sələm sayılır. Şəiətə görə gecikdirmə səbəbindən mənfəət gətirən hər bir borc sələm sayılır. Əlavə olaraq bu sualların cavabına baxa bilərsiz:

  1. Sələm – Faiz

  2. Mənfəət gətirən hər bir borc, sələm sayılır

  3. Sələmin hökmü

Paylaş: