Şeytanın bədənimə girdiyini düşünürəm, nə edim?
Va aleykum salam. Bəzi hallarda şeytan insanın bədəninə girərək insana zərər toxundura bilir. Bunun həqiqət olması Qurani-Kərimə və Peyğəmbərin səhih hədislərinə əsasən sübut olunmuşdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) öz ümmətinə şeytandan və onun törətdiyi xəstəlikdən qurtulmaq üçün Allahı çox zikr etməyi, həmçinin, Quran ayələrindən, zikr və dualardan ibarət ruqyələri oxumağı məsləhət görmüşdür. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün bu sualların cavablarını oxuyun:
İnsan bədəninə cin girirmi?
Cadudan necə qorunmaq olar?
Həmçinin, bilmək lazımdır ki, sizin qeyd etdiyiniz hallar imanın zəifliyindən də ola bilər. Çünki, iman artır və azalır. İman Allaha itaət və ibadətləri yerinə yetirməklə artır, günahlar və asiliklərlə azalır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Paltar köhnəldiyi kimi iman da köhnəlir. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim, 5).
İmanı təzələmək üçün günahları tərk etmək və Allahın itaətinə qayıtmaq lazımdır. Bu barədə ətraflı məlumat əldə etmək üçün bu məqaləni oxuyun: İmanı artırmaq üçün nə etmək lazımdır?
Həmçinin, bu sualın cavabını da oxumağı məsləhət görürük: Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?