Atam namaz qılmağa qoymursa, namazımı dayandırmalıyam?

    14.08.2019
Kimdən: 
Gülçin Yusifli
Sual: 
Salam 17 yaşım var namaz qıldım ve atam buna qarşı çıxdı qeyd edimki bu hal 1 il bundan qabaqda baş vermişdi ve men 1 gün qıldıqdan sonra namazı dayandırmışdım ve yenede bu hal baş verdi men ne etmelyem?namazımı qılmalıyam ya dayandırmalıyam?önceden teşekkürler..
Cavab: 
Va Aleykum salam. Hər şeydən əvvəl Allahdan diləyirik ki, sizi Öz dinində sabit etsin və valideynlərinizin qəlbinə ibadət sevgisini salsın! Allaha asilik olmayan işlərdə valideynlərə itaət etmək vacibdir. Valideynin həddi-büluğa çatmış övladının namaz qılmasına mane olması böyük günahdır. Bu məsələdə valideynə itaət edilməz. Əksinə, valideyn övladına namazı əmr etməli və buna görə sevinməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız məruf (yaxşı) şeylərdədir". (Buxari, 7257).
Bu və digər səhih hədislərə əsasən siz, istər valideynin, istərsə də digər insanların etiraz etmələrinə baxmayaraq namaza davam etməlisiniz və dayandırmamalısınız. Həmçinin, valideyninizə Allahın əmrini yerinə yetirməməyin, namaz qılmamağın, bu əmrə qarşı çıxmağın və namaz qılana mane olmağın böyük günah olduğunu bildirin və onları Allahdan qorxmağa çağırın. Ətraflı olaraq bu sualların cavablarını oxuyun:
Teqlər: 
Paylaş: