Ölüm ayağında olanın yanında Quran oxuyarkən onun narahat olmasının səbəbi nədir?

    21.08.2019
Kimdən: 
İlham.
Sual: 
Salam. Sualim beledir. Yaxin bir qohumuz can uste olarken canin tapsira bilmirdi yaxinlarimiz basinin yaninda ayetel kursi, yasin suresi, fateheni oxuyurdularki rahat canin tapsira bilsin ancaq qeribe olan budurki ayeleri oxuduqca xesde deliye donurdu cirpirdi ozun yere divara, capalayirdi gozlerini acirdi eliyle basa salirdiki oxumayin demeyin yanimda namaz qilmayin, oxumayanda sakitlesirdi, onuda qeyd edimki namazi orucu olmayan bemde idi, Bu sualma bir cavab deyin onceden tesekur edirem.
Cavab: 

Və aleykum Salam. Ölüm ayağında olana "Lə İləhə İlləllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsini təlqin etmək lazımdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ölüm ayağında olanlara "Lə İləhə İlləllah" kəlməsini təlqin edin!" (Səhih Muslim, 916). Təlqin dedikdə "Lə İləhə İlləllah" kəlməsini ölüm ayağında olana eşitdirmək və onun yadına salmaq nəzərdə tutulur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin dünyadan köçərkən dediyi son sözü "lə iləhə illallah" olarsa, Cənnətə girər". (Əbu Davud, 2712).
Ölüm ayağında olanın yanında Quran oxuyarkən özünü narahat hiss etməsinin səbəbi barədə heç bir məlumat verə bilmirik. Çünki ölüm ayağında olan insan özündə olmur və "səkəratul-məut" - ölüm bihuşluğu deyilən bir hal keçirir. Həmçinin oxuyun:
Ölüm anında insan hansı hisləri keçirir və ölüm mələyi ona hansı şəkildə görünür?
Ölümcül xəstənin yanında nə danışmaq lazımdır?

Teqlər: 
Paylaş: