Oruclu ikən qadından gələn axıntı orucu pozurmu?
Sual:
Men allahin komeyile bashladim namaza indi bilmek isteiremki evvelki illerde qilmadiqim qezalari nece edim?yeni her namaz qilanda elave qeza qilim?ya ele namazimi vaxtli vaxtinda qilim?men 2-il ara verdim qildim sora yene ovladimi itirdim 1ilde qilmadim.yeniden bahlamisam amma bilmirem imkanim olduqu qederiycen qilacam.bir sualimda oruclu halda axinti oldu qusulum pozuldu ramazan orucu deyildi qurban bayramina 1hefte qalmish qurbanliqa gore oz isteyimle tuturdum.acdim orucumu qusul verdim.duzmu eledim?yeni o halda davam ede bilmezdim orucumu?ve o axinti ozumden asili olmadi gunahdirmi?orucumu pozmaqim?
Cavab:
Va aleykum salam. Tövbə edib namaza başladıqda keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Çünki tövbə özündən əvvəlki günahları silir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205).
Siz sadəcə namazlarınızı vatlı-vaxtında qılın və imkan daxilində nafilə namazları çoxaldın. Uca Allah buyurur: ""Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114)."
Həmçinin bu sualların cavablarını oxuyun:
Keçmiş illərin qəza namazları qılınmalıdırmı?
Keçmiş illərin qəza namazları qılınmalıdırmı?
Namaza 12 yaşımda başlamışam, neçə ilin qəza namazlarını qılmalıyam?
Sünnət namazlarına dair hansı hədislər varmı?
Nafilə və fərz namazları hansılardır?
Sünnət namazlarına dair hansı hədislər varmı?
Nafilə və fərz namazları hansılardır?
İkinci suala gəlincə, qadından gələn hər axıntı orucu pozmur. Qadından gələn axıntılar müxtəlifdir. Yalnız heyz qanı, nifas qanı (doğuşdan sonra gələn qan) və qəsdli şəkildə şəhvətlə gələn axıntı orucu poza bilər. Əgər axıntı qeyri-ixtiyari gəlmişsə, bu axıntı orucu pozmur. Amma qüsl almaq lazım gəlir. Qadından gələn gündəlik axıntılar orucu pozmur. Bu cür axıntılar yalnız dəstəmazı pozur və buna görə namazlar üçün dəstəmaz almaq lazım gəlir. Orucu açdığınıza görə isə sizə günah yazılmır. Çünki bu, Ramazan və ya qəza orucu yox, nafilə orucudur. Nafilə orucu isə səbəbsiz açmaq günah sayılmır. Həmçinin, siz bunu bilmədən etmisiniz. Bilmədən edilən səhvlərə görə isə günah yazılmır. Həmçinin oxuyun: