Namazda təşəhhüd deyərkən hara baxmaq lazımdır?

    31.08.2019
Kimdən: 
R
Sual: 
Salam aleykum . tesehhudde hara baxmaq lazimdir.
Cavab: 

Va aleykum salam. Təşəhhüd edərkən sağ əlin şəhadət barmağına baxmaq lazımdır. Abdullah ibn Ömər (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təşəhhüddə oturuşunu vəsf edərək demişdir: "Peyğəmbər təşəhhüd demək üçün oturarkən sağ əlini sağ budunun üzərinə qoyardı. Şəhadət barmağı ilə qibləyə tərəf işarə edər və gözünü barmağına və ya barmağına tərəf dikərdi". (ən-Nəsəi, 1160).

Qalan hallarda isə namaz qılan səcdə yerinə baxmalıdır. Həmçinin oxuyun:

Təşəhhüd
Təşəhhüddən sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) oxunan salavat
Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua 

Namaz qılınma qaydası - VİDEO

Teqlər: 
Paylaş: