Xəstələndikdə həkimə getmirəm, dini üsulla nə edə bilərəm?

    31.08.2019
Kimdən: 
Leyla
Sual: 
Salam eleykum men yuxu yata bilmirem.ve hekime getmirem.men allahdan basqa hec neye inanmiram.her seyin dermabi allahin qurani olduguna inanmisam.o kitab bir mocuzedir.allah yaratdigi derde derman da verib.allah bizi bizden cox isteyir.dini yolnan ne edim
Cavab: 

Va aleykum salam. Müsəlman xəstələndikdə Allaha təvəkkül etməklə yanaşı xəstəliyin sağalması üçün düzgün səbəblərdən də tutunmalıdır. Allaha təvəkkül etmək xeyir qazanmaq və ya zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutunaraq hər hansı bir işi Uca Allaha həvalə etmək, Ona bel bağlamaq deməkdir. İslam dininə görə müalicə üçün həkimə müraciət etmək səbəblərdən tutunmaq sayılır. Çünki, Uca Allah hər bir xəstəlik üçün dərman yaratmışdır. Rəvayət olunur ki, bir dəfə bədəvi ərəblər Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdular: "Ey Allahın Elçisi, xəstələndikdə müalicə olunaqmı? Peyğəmbər dedi: "Bəli, ey Allahın qulları müalicə olunun. Çünki Allah elə bir xəs­tə­lik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın. Yalnız bir xəstəlikdən başqa". Səhabələr dedilər: "Ey Allahın Elçisi, o hansı xəstəlikdir?" Peyğəmbər dedi: "Qoçalıq" (ət-Tirmizi, 2038).

Hədisdən göründüyü kimi Peyğəmbərimiz həkimə müraciət etməyi və şəfa tapmaq üçün müalicə olunmağı buyurmuşdur. Həmçinin oxuyun:

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Allahın kəlamı ilə müalicə
Bəzi ruqyə ayələri

Teqlər: 
Paylaş: