Namazı bir müddət tərk edən onların qəzasını necə qılmalıdır?

    03.09.2019
Kimdən: 
Ayan
Sual: 
Salam bayramınız mübarək.xaos edirəm cavab yazasız.men namazı bəlkə 4,5 ay olar qəzaya vermisəm.ve çox olduğuna qəzalar qılıb qurtara bilmirəm.men necə edim və bir şeyi bilmək istəyirəm ki,qəza namazını nə vaxt qılmalı meselen sübhün qəzasin sübh namazı vaxtı zohrun qezasin zöhr namazı vaxtı zohrun qılanda sora qəzasin qılmaq?belə edim ?indinden təşəkkürlər.
Cavab: 

 Va aleykum salam. Səhlənkarlıq üzündən tərk olunan namazlar qəza edilmir. Yalnız yatıb qalmaq və unutmaq kimi üzürlü səbəbdən buraxılan namazlar qəza edilir. Bilərəkdən buraxılan namazlar üçün Allaha tövbə edin və bir daha bu günaha qayıtmayın. Həmçinin, yaxşı əməllər etməyi, xüsusilə də, nafilə namazları qılmağı çoxaldın. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: