Namazın əvvəlində "Allahu əkbər" deməmək olarmı?
Sual:
Salam aleykum
Men namaza baslayanda Allahu Əkbər deyende ele bilirem ki sehv demisem buna gorede namazi 1 saata qiliram namaza baslayanda Allahu əkbər demesem olar?
xais edirem cavab verin
Cavab:
Va aleykum salam. Namaza başlayarkən edilən ilk təkbir (Ehram təkbiri) namazın rüknü sayılır və bu təkbir edilmədən başlanan namaz səhih deyil. Əgər yadınıza düşdükdən sonra qayıdıb Ehram təkbirini demisinizsə namazınız səhihdir və bunun üçün səhv səcdəsi etməyə ehtiyac yoxdur. Təkbir gətirib namaz qılın və şeytanın vəsvəsəsinə fikir verməyin. Həmçinin oxuyun: