İki səcdə arasındakı oturuşda ayaqlar hansı vəziyyətdə olmalıdır?
Va aleykum salam. İki səcdə arasında iki düzgün oturuş forması var:
Birincisi: Sol ayağı yerə yatırıb, üzərində oturmaq, sağ ayağı isə dik tutub barmaqları əyərək qibləyə tərəf yönəltmək. Bu oturuşa dində "iftiraş" deyilir. Buna dəlil isə aşağıdakı hədislərdir. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını vəsf edərkən demişdir: "Peyğəmbər iki səcdə arasında oturarkən sol ayağını yerə yatırar, sağ ayağını isə dik tutardı" (Müslim: 1/ 357/ № 498. Əbu Davud: 2/ 489/ № 768).
Həmçinin, İbn Ömər (Allah onlardan razı olsun) demişdir: "İki səcdə arasında oturarkən sağ ayağı dik tutmaq və barmaqlarını qibləyə yönəltmək, sol ayağın üzərində oturmaq namazın sünnələrindəndir" (Səhih Sünən Nəsai: № 1109).
İkicisi: Hər iki ayağı dikəldərək dabanların üzərində oturmaq və ayaqların barmaqlarını əyərək qibləyə tərəf yönəltmək. Bu oturuşa isə "iqa" deyilir. Tavus (Allah ona rəhmət eləsin) demişdir: "Biz İbn Abbasdan (Allah onlardan razı olsun) iki səcdə arasında dabanlar üzərində oturmaq haqqında soruşduq və o bunun sünnə olduğunu bildirdi. Biz dedik: "Bəs biz bunu insan üçün narahatlıq sayırıq". İbn Abbas dedi: "Əksinə, bu sənin Peyğəmbərinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsidir" (Müslim: 1/ 380/ № 536. Əbu Davud: 3/ 79/ № 830. Tirmizi: 1/ 175/ № 282).
Bu iki oturuş forması həm kişilərə, həm də qadınlara aiddir.
Həmçinin oxuyun: