Hüquqşünas olaraq banka xidmət göstərmək olarmı?
Sual:
Salam aleykum. Hüquqşünas olaraq banka xidmət göstərmək olar? Yəni məhkəmədə faiz istəmək olar bankın xeyrinə?
Cavab:
Va aleykum salam. Bank sələmçilik kimi şəriətə müxalif olan işlərlə məşğul olduğuna görə orada işləmək və ya onun üçün xidmət göstərmək qadağandır. Çünki bununla insan bankın haram işlərində onlara yardım etmiş sayılır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə. 2). Həmçinin oxuyun: