Valyuta mübadiləsi ilə məşğul olmaq olarmı?

    23.09.2019
Kimdən: 
Sənan
Sual: 
Salam aleykum. Əxi Allah elminizə bərəkət versin. Sualım budur: 1. Nəhl surəsi 90-cı ayə tərcüməsi çox xoşuma gəlir. Hətta Allah xəta etməkdən qorusun gün içində öz özümə təkrarladığım da olur. Odur ki namazda fatihədən sonra da oxumaq istərəm. Sadəcə bir dənə ayə oxumaq düzgün olarmı? 2. Xaricdə təhsil alıram və orda tez tez dollar bahalaşır ya ucuzlaşır. Bu prosesdə tez dolları alıb satmaq mənə artıq pul qazandıra bilər. Sadəcə üzərindən pul qazanmış (faiz kimi) olaram deyə etmədim. Bunu haram olar?
Cavab: 

Və aleykumus-Salam və rahmətullahi və bərakətuhu.
1) Namazda əl-Fatihə surəsindən sonra bir ayə olsa belə, oxumaq olar. Həmçinin oxuyun:
Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?
Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?
2) Valyuta mübadiləsi ilə məşğul olmaq şəriətdə halaldır. Lakin valyuta alqı-satqısı əldən-ələ və nəğd şəkildə olmalıdır. Yəni, pul vahidləri müxtəlifdirsə, nisyə alıb-satmaq və ya tərəflərdən birinin digərinə borclu qalması qadağandır. Alqı-satqı nəğd şəkildə və əldən-ələ aparılmalıdır. Çünki, qiymətlər tez-tez dəyişə bilər və tərəflər arasında mübahisə yaranar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Qızılı qızılla satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Gümüşü gümüşlə satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Bu növlərin nəğdini nisyə ilə satmayın". (Səhih əl-Buxari, 2177). 
Pul vahidləri də qızıl-gümüş hökmündə olduğuna görə bu qayda onlara da aid edilir. 

Teqlər: 
Paylaş: