Yoldaşım şiə namazı qıldığına görə namazımı dəyişməliyəmmi?

    27.09.2019
Kimdən: 
allah bendesi
Sual: 
27yasim var 2azyasli usag anasiyam.11yasimda namaz qilirdim 5il qildim.indi usag,ev catdira bilmirem.eger yeniden baslasam qezalarimi da qilmaliyammi?2ci sualim odur ki men sunni namazi qilirdim yoldasimsa siedir men namazi qilmag usulumu deyismeliyem?cunki sieliyi qebul etmisem.evvelceden tesekur edirem bu sayt ucun,cavabinizcun
Cavab: 

Salam aleykum.

1) Namazı tərk edən insan yenidən namaza başlayarsa, buraxdığı namazların qəzalarını qılmır. Həmin şəxs namazı tərk etdiyinə görə tövbə edərək Allahdan bağışlanma diləməli və bir daha namazı tərk etməməyə çalışmalıdır. Belə olan təqdirdə onun günahı bağışlanar. Çünki, tövbə əvvəlki günahları silir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205).

Bunun əvəzinə nafilə namazları və saleh əməlləri (sədəqə, oruc, zikr və s.) artırın. Çünki saleh əməllər əvvəlki günahların silinməsinə səbəb olur. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114). 

Həmçinin oxuyun:

Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?

2) Allah qatında qəbul olması üçün namazı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi yerinə yetirmək lazımdır. Peyğəmbərin necə namaz qılmasını səhih hədislərə əsaslanaraq buradan oxuya bilərsiniz: 

Namaz qılmağın qaydası - VİDEO

Peyğəmbər (s.a.s.) namazı necə qılardı?

Həmçinin oxuyun:

Sünni doğrudur, yoxsa şiə?

Teqlər: 
Paylaş: