Məhərrəm ayında tövbə etmək olarmı?
Sual:
Salam Eleykim. Meherremli ayinda tovbe elemey olarmi?
Cavab:
Va aleykum salam. Tövbə zamandan və məkandan asılı olmayaraq hər zaman edilir. Məhərrəm ayı qəməri aylardan biri sayılır və bu ay digər qəməri aylardan dörd haram aylardan biri olması ilə fərqlənir. Haram aylar bunlardır: Rəcəb, Zul-Qadə, Zul-Hiccə və Məhərrəm. Bu aylar ona görə "haram" adlanır ki, onların Allah qatında böyük hörməti var və bu aylarda günah etmək haramdır. Əslində bütün aylarda günah etmək haramdır. Lakin haram aylarda günah edərək özünə zülm etmək digər aylarda edilən günahdan daha böyükdür. Həmçinin, bu aylarda edilən savab əməllər də qat-qat artırılır. Tövbə etmək də savab əməllərdən biridir. Həmçinin oxuyun:
"Haram aylarda özünüzə zülm etməyin" ayəsi və Cahilləri islama dəvət etmək barədə