Anam sünni namazını qılmağa qoymur, nə edim?

    21.10.2019
Kimdən: 
Allah bendesi
Sual: 
Salam.Men namaz qılmaq isteyirem.Amma anam qoymur.Bunun sebebi ise anamın sie olması menim ise sünni namaz qilmagimdi.Indi burda anamın günahı var yoxsa menim?Allah razi olsun!
Cavab: 
Va aleykum Salam. Uca Allah Muhəmməd Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə nümunə olaraq göndərmişdir. Digər ibadətlərdə olduğu kimi namaz qılmaqda da biz ona tabe olmalıyıq. Uca Allah buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzab, 21).
Həmçinin buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (Səhih əl-Buxari, 631).
Bu səbəbdən namazı Peyğəmbərin qıldığı kimi qılmaq lazımdır. Həmçinin oxuyun:
Ailəm məni sünni namazını qılmağa qoymur, şiə namazı qıla bilərəmmi?
Namaz qılmağın qaydası - VİDEO
Teqlər: 
Paylaş: