Ailəm məni sünni namazını qılmağa qoymur, şiə namazı qıla bilərəmmi?
Va aleykum salam. İbadətin Allah qatında qəbul olması üçün iki şərt var:
1) İbadət xalis Allah üçün olmalıdır.
2) İbadət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirilməlidir.
Bu iki şərtdən biri olmazsa, ibadət məqbul sayılmaz. İbadəti yerinə yetirməklə bərabər ibadətin Allah qatında qəbul olmasına çalışmaq lazımdır. Namaz ən əzəmətli ibadətlərdən biridir. Bu səbəbdən namazın qəbul olması üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi namaz qılmaq lazımdır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmağını vəsf edən səhabələr onun gün ərzində beş dəfə namazı qıldığını bildirmişlər. Namaz Allahın haqqı olduğu üçün bu məsələdə heç kəsə itaət etmək olmaz. Ailənizə gözəl şəkildə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qıldığını öyrədin. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qılmasını səhih hədislərə əsaslandırılmış şəkildə bu sualın cavablarından oxuya bilərsiniz: