Qüsl almadan məscidə girmək günahdırmı?

    26.10.2019
Sual: 
salam .bir sual vermey isteyirdim Allahin evine yeni mescide qusul almadan girmey gunahdirmi
Cavab: 

Va aleykum Salam. Uca Allah boynunda cənabət qüslü olan adamın məscidə girməsi və orada oturmasını qadağan etmişdir. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolüstü girənlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın". (ən-Nisa, 43).
Ayədən gördüyümüz kimi cənabət halında olan kəs yalnız ehtiyac səbəbindən məsciddə qalmamaq şərti ilə ora daxil ola bilər. Məsələn, məsciddə qalmış əşyasını götürmək üçün və ya yolüstü bir qapıdan girərək digərindən çıxmaq üçün keçə bilər. Bu səbəbdən Uca Allah ayədə: "yolüstü girənlər istisna olmaqla" - buyurur. İbn Kəsir bu ayənin təfsirində belə demişdir: "Bu ayədə Uca Allah üzərində cənabət qüslü olanın məscidlərə yaxınlaşmasını qadağan edir. Yalnız oturmamaq şərti ilə bir qapıdan girib digərindən çıxan istisnadır". 
Məscidə ibadət üçün gəlmək istəyən kəs murdar şeylərdən təmizlənməli və gözəl libaslar geyinməlidir. Uca Allah buyurur: "Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin". (əl-Əraf, 31). Həmçinin oxuyun:
Camaat namazı
Cənabət qüslu necə alınır?

Paylaş: