Qorxduğuma görə özümü narahat hiss edirəm, bu hal nədən ola bilər?
Əssələmu aleykum. Uca Allah hər bir xəstəliyin dərmanını yaratmışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam". 69, №: 2204; İmam Əhməd "Musnəd", 3/335).
Hər bir halda, özünüzü pis hiss edirsinizsə, həkimə müraciət etməyinizi məsləhət görürük. Həmçinin, əl-Bəqərə surəsinin 255-ci "Kürsü ayəsini" fərz namazlarından sonra, yatağa girdikdə və ya qorxu hiss etdikdə oxuyun. Xüsusən də, yatağa girərkən oxuyana səhər açılanadək şeytan yaxın gəlməz. Peyğəmbər demişdir: "Yatarkən Kürsü ayəsini oxuyan səhərə qədər qorunar və şeytan ona yaxın gəlməz" (əl-Buxari, 2311).
Həmçinin, səhər-axşam zikrlərini edin və əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini tez-tez oxuyun. Həmçinin, bu cavabları oxuyun:
Kürsü ayəsi haqqında əl-Bəqərə surəsi 255-ci ayə
Səhər və axşam zikrləri
Quranla müalicə
Ruqyə necə edilir və ruqyə ayələrinin oxunuşu