Təbii olmayan rənglər dəstəmaza mane olurmu?

    28.10.2019
Sual: 
Əs Sələmun Aleykum..əlimə qara xına vurmaq isdəyirəm amma qara xına təbii deyl içində rənk var bu dəstəmaza maneə olur?
Cavab: 

Va aleykum salam. Dəriyə qoyulan rəng suyun dəriyə çatmasına mane olmursa və artıq dəriyə hopmuşsa bu rəng dəstəmaza mane olmur. Hətta bu rəng süni (qeyri-təbii) olsa belə. Çünki dəstəmazda əsas olan suyun dəriyə çatmasıdır. Əgər rəng yuyulduqdan sonra dərinin üzərində qat əmələ gətirirsə və bu, suyun dəriyə çatmasına mane olursa, bu rəng dəstəmaza maneədir və tam təmizlənməyincə dəstəmaz sayılmır. Əgər rəng yuylduqdan sonra qat əmələ gəlmirsə, sadəcə rəngi qalırsa, bu rəngin olması suyun dəriyə çatmasına mane olmur və belə halda dəstəmaz almaq olar. Lakin tibbi cəhətdən qara xınanın zərərli olduğu deyilir. Əgər bu belədirsə və tibbi cəhətdən təsdiqini tapmışsa, o zaman onu bu baxımdan istifadə etmək olmaz. Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: