Qiyamətin nə vaxt qopacağını dəqiq bilən varmı?
Va aleykum salam. Allahın bizim üçün seçdiyi ən mükəmməl olan İslam dini asanlığı buyurur. Bu dində çətinlik yoxdur. Uca Allah bu xüsusda buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" (əl-Bəqərə, 185).
Həmçinin buyurur: "O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı" (əl-Həcc, 78).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni, Uca Allah bizə yalnız gücümüz çatan ibadətləri buyurmuşdur. Gücümüz çatmayan əməlləri isə asanlaşdırmaqla bizə çıxış yolu qoymuşdur." (Təfsir İbn Kəsir, (5/455).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həqiqətən, din asandır. Dini çətinləşdirən elə bir kimsə yoxdur ki, (din) onu üstələməsin. Elə isə doğru yol tutun, (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın, (qazandığınız savaba) sevinin, səhər-axşam və gecənin bir vaxtında (Allahdan) kömək diləyin" (əl-Buxari, 39).
Namaz qılmaq heç də çox vaxt aparmır. Uca Allah bizə gün ərzində beş vaxt namazı vacib etmişdir. Bu namazlardan ən uzunu 5-6 dəqiqə çəkir. Bütün namazlar isə birlikdə 30 dəqiqədən də az vaxt ərzində yerinə yetirilir. Allaha ibadət etməyə tələsin, Allahın hüzuruna namazla, ibadətlə çıxmağımız üçün vaxt itirmədən namaza başlayın.
Axirətin nə zaman baş verəcəyinə gəlincə, bunu Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu barədə buyurur: "Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: "Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir". Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: "Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir"" (əl-Əraf, 187).
Buna baxmayaraq bəzi hədislərdə Qiyamətin bəzi əlamətləri bildirilmişdir. Namaz və Qiyamət barədə ətraflı öyrənmək üçün bu linklərdən oxuyun: