Namazları çatdırıb qıla bilmirəmsə, birləşdirə bilərəmmi?
Sual:
Salam aleykum mənim sizə bir sualımda var mənim 5 uşağım var mən namazı çatırıb qıla bilmirəm uşaqlarım körpədir deyə mən namazı 2 bir yerdə qıla bilərəm həmişə yox çatdıra bilməyəndə Allah sizdən razı olsun
Cavab:
Va aleykum salam. Uca Allah beş vaxt namazların hər birini öz vaxtında qılmağı əmr edərək buyurur: "Həqiqətən namaz, möminlərə müəyyən vaxtlarda fərz edilmişdir" (ən-Nisa, 103).
Üzürlü səbəb olmadan namazların vaxtını keçirmək günahdır. Lakin İslam dini asanlıq dinidir. Uca Allah bu dində hər bir çətinlik üçün çıxış yolu qoymuşdur. Xəstəlik və ya digər zəruri hallarda adət halına salmamaq şərti ilə namazları birləşdirməyə icazə verir. Namazı birləşdirmək barədə ətraflı bu linklərdən oxuyun: