Əsl müsəlman hansı namazı qılmalıdır?

    14.11.2019
Kimdən: 
Həzrət
Sual: 
Əssalamun aleyk. Bəs əsl nüsəlman nə namazı qılmalıdır.
Cavab: 

Va aleykum salam. Hər bir müsəlman namazı Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi yerinə yetirməlidir. Uca Allah Muhəmməd Peyğəmbəri müsəlmanlara nümunə olaraq göndərmişdir. Uca Allah bu xüsusda buyurur: "Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir" (əl-Əhzab, 21).

Həmçinin, Uca Allah müsəlmanlara ona tabe olmağı və ixtilaf etdikləri məsələlər barəsində Allaha və Onun elçisinə qayıtmağı əmr edərək buyurur: "Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır" (ən-Nisa, 59).

Bu ayədə "Allaha və Peyğəmbərə mü­raciət edin" dedikdə Qurana və Peyğəmbərin səhih hədislərinə müraciət etmək nəzərdə tutulur. Bu səbəbdən hər bir müsəlman ibadəti Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi yerinə yetirməlidir. Çünki Uca Allah ibadəti yalnız bu halda qəbul edir. Peyğəmbərin ətrafında olan səhabələr onun necə namaz qılmasını yadda saxlayaraq öyrənmiş və səhih hədislər vasitəsilə gələcək nəsillərə ötürmüşlər. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislər əsasında hazırlanan namazının qılınma qaydasını bu linklərdən oxuyun:

Namazın qılınma qaydası - VİDEO

Peyğəmbər ﷺ namazı necə qılardı?

Teqlər: 
Paylaş: