Kişinin ifrat dərəcədə olan qısqanclığı günahdırmı?

    18.11.2019
Kimdən: 
Abdullah
Sual: 
Salam Kişi üçün ifrat derecede(günah qazanılacaq qeder) qisqancliq nedir.kişi yoldaşinin geyiminin xirdaliqlarina renglerine qarişirsa bu gunahdirmi?
Cavab: 

Va aleykum salam. Qısqanclıq Uca Allahın insanın təbiətində yaratdığı bir hissdir. Hər bir məsələdə olduğu kimi qısqanclıqda da həddi aşmaq olmaz. Kişinin öz zövcəsinin geyimi ilə maraqlanması və onun şəriətə uyğun geyinməsini tələb etməsi normaldır. Şəriətə əsasən qadının örtülməsi vacib olan (əl və üz istisna olmaqla) yerləri, əzalarının bilinməməsi və geyimin cəlbedici olmaması şərtilə örtülməlidir. Əgər bu şərtlərə əməl olunursa, kişinin qadının geyiminə müdaxilə etməsi düzgün deyildir. Qısqanclıq barədə daha ətraflı bu linklərdən oxuya bilərsiniz:

Teqlər: 
Paylaş: