Sübh namazını günəş çıxdıqdan sonra qılmaq olarmı?
Va aleykum salam. Uca Allah hər bir namaz üçün vaxt təyin etmişdir. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir" (ən-Nisə, 103).
Üzürlü səbəb olmadan namazları təxirə salmaq böyük günahdır. Sübh namazının vaxtı dan yeri söküləndən günəş çıxana qədərdir. Bilərəkdən Sübh namazını günəş çıxandan sonraya saxlamaq olmaz. Lakin, yuxu, unutqanlıq və digər qeyri-ixtiyari səbəblərə görə Sübh namazını qıla bilməsəniz, günəş çıxmış olsa belə, namazı qılın. Belə olan halda üzürlü sayılırsınız. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır. Kimin başına belə bir iş gəlsə, onu xatırladıqda qılsın" (Muslim, 681). Həmçinin oxuyun:
Sübh namazına dura bilmirəm, gün çıxandan sonra qılmaq olarmı?