Namazda sünnəyə uyğun oturmamaq namaza xələl gətirirmi?
Va aleykum salam. Namazda (təşəhhüddə) sünnəyə uyğun oturuş sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoyub barmaqları qibləyə yönəltmək və sol ayağını büküb üstündə oturmaqdır. Lakin əgər insan müəyyən səbəbdən bu oturuşu yerinə yetirə bilmirsə, o zaman ona rahat gələn vəziyyətdə oturması namaza xələl gətirmir. Uca Allah buyurur: "Nə qədər bacarırsınızsa Allahdan qorxun" (ət-Təğabun, 16). Abdullah rəvayət edir ki, o, atası Abdullah ibn Ömərin (Allah onlardan razı olsun) namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. (Abdullah deyir ki:) "O vaxt cavan idim deyə mən də belə etdim, lakin Abdullah ibn Ömər (radıyəllahu anhumə) bunu mənə qadağan edib dedi: "Namazda (Sünnəyə müvafiq qaydada) oturmaq üçün sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoymalı və sol ayağını büküb üstündə oturmalısan". Mən dedim: "Axı sən belə edirsən". O dedi: "Ayaqlarım məni saxlamır (deyə belə edirəm)". (əl-Buxari, 827). Həmçinin oxuyun:
İki səcdə arasındakı oturuşda ayaqlar hansı vəziyyətdə olmalıdır?