Yuxuda ikən ihtilam olan hər dəfə qüsl almalıdırmı?

    30.11.2019
Sual: 
Salam Aleykum.Mənim bir sualım var.Zehmet olmasa cavablandirardiz. 1)Men yuxudan oyandiqda meni kimi tam olmasa da boyuk miqdarda mayenin oldugunu gordum.Lakin men yuxu gormemisem yeni yuxunu xatirlamiram.Ancaq maye ifraz olunub.Bu hala gore güsul almaq lazimdirmi? 2)Həmçinin men tez tez yuxudan oyandiqda istilam oluram.Bu hala gore her defe gusl almaliyammi? 3)yatagima girib sehvetlendikden sonra yuxuya gedsem ve oyandigimda yuxu gormediyimden emin olsam ancaq paltarimda nəmlik olsa güsl almaliyammi Allah razı olsun
Cavab: 

Və aleykum salam. Yuxuda ikən insandan ifraz olunan çoxlu miqdarda maye spermadır. Yuxu görülməsə və şəhvət hissi olmadıqda belə, bu halda qüsl alınmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qüslu yalnız məninin (spermanın) gəlməsi vacib edir". (Səhih Muslim, 343).
Yuxuda ikən "ihtilam" olmaq (spermanın öz-özünə ifraz olunması) qüslu vacib edir. Hər dəfə qüsl alınmalıdır. Yuxuda ikən az miqdarda maye ifraz olunarsa, bu, məzi sayılır. Belə olan halda cinsiyyət üzvü yuyulur və paltarın təmizlənməsi üçün bir ovuc su alıb məzinin bulaşdığı yerə tökmək kifayət edir. Rəvayət edilir ki, Səhl ibn Huneyf demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Paltarına bulaşdığını gördükdə bir ovuc su alıb onun üzərinə tökməyin kifayətdir". (İbn Macəh, 506). Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
İnsan hansı hallarda cünub olmuş sayılır?

Teqlər: 
Paylaş: