İnsan hansı hallarda cünub olmuş sayılır?

    29.09.2014
Sual: 
Salam. Gündüz vaxtları həmişə özümü şəhvətdən qoruyuram ki, cünub olub qüsl almaq məcburiyyətində olmayım, amma di gəl ki, yuxularımı da idarə edə bilmirəm... Yuxuda heç vaxt sırf cinsi əlaqədə olmuram. Amma əks cinslə söhbət filan edib şəhvətləndiyimi hiss edirəm (yuxuda). Oyananda isə lap az miqdarda məni (ya da mən məni olduğunu hesab edirəm) ifraz olunduğunu görürəm (alt paltarım bulaşmır). Görəsən bu hallarda da cünub olmuş sayılıram, yoxsa elə sırf yuxuda cinsi əlaqə gördüyüm zaman cünub oluram?
Cavab: 

Aleykum salam. Belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". (İbn Həcər "Fəthul-Bari", 4/487).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdi­rib on­ların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən baş­layaraq bacar­dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi. (Muslim).
Daha ətraflı: Yatağa girərkən oxunan zikrlər

İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et". (Əbu Davud, 190; əl-Beyhaqi, 1/115). 
Qeyd: "Məni (Sperma), Məzi (şəvhət hissi nəticəsində axan şəffaf duru maye), Vadi (bəzi hallarda sidikdən sonra damcı halında gələn maye).
Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: