Dua edərkən əsnəmək duaya mənfi təsir göstərirmi?

    22.12.2019
Sual: 
Salam. Men dua ederken esniyirem bu dua ya bır tesır gosderırmı ? Bırde salavat cevırerken bele olur menden aslı deıl esnıyırem xaıs cvblandırarsız.
Cavab: 

Va aleykumus-sələm. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə bildirmişdir ki, əsnəmək şeytandandır və insan bacardığı qədər əsnəməyin qarşısını almalıdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Əsnəmək şeytan­dan­dır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın. Çün­ki o (əsnəyib): "Haaah" - etdikdə şeytan ona gülür." (əl-Buxari, 3289). 

Şeytan insanı müxtəlif yollarla ibadətdən yayındırmaq istəyir. Bu yollardan biri də insanı ibadət əsnasında əsnətməkdir. Əsnəmək gəldiyi zaman onu bacardığınız qədər dəf edin. Əgər mümkün olmazsa, əlinizi ağzınıza tutun. Çünki əsnəyən zaman ağız açıq qalarsa, şeytan insanın ağzına daxil ola bilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Qoy, siz­­dən biriniz əsnədiyi zaman əlini ağzına tutsun. Yoxsa şeytan onun ağzına girə bilər" (əl-Buxari "Ədəbul-Mufrad" 949). Əsnəmək barədə daha ətraflı bu linklərdən oxuyun:

Teqlər: 
Paylaş: