Namaz əsnasında əsnəmək günahdırmı?

    03.11.2015
Kimdən: 
gunahkar qul
Sual: 
Salam men namaz qilanda cox vaxt esneyirem bilmek isteyirem ki bu gunahdir?
Cavab: 

Va aleykumus-Sələm. Xeyr, namazda əsnəmək günah deyil və bu hal namazı da batil etmir. Namazda əsnəyərkən ağzı tutmaq ədəbdəndir. Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradan qaldırmağa çalışsın. (Ağzını açaraq "haah" deməsin). Çünki bir kimsə əsnədiyində şeytan ona gülər". (əl-Buxari: "Ədəb", 125). Digər rəvayətdə deyilir: "Əsnəmək şeytandandır. Buna görə də sizdən hər hansı biriniz əsnəyəcəyi zaman gücü çatdığı qədər onu tutsun". (Muslim, 2994). Daha ətraflı:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Namazı batil edən hallar
Namazda bəyənilməyən əməllər

İnsan əsnədiyi zaman nə etməlidir?

Teqlər: 
Paylaş: