Donuz əti yeyilən evdə hər şey murdarlanırmı?

    27.12.2019
Sual: 
Salam. Bizim evde donuz etinnen kolbasa yeyirler. Hamida yeyennen sora ellerini yumurlar. Ve ellerini her yere vururlar. Qapinin tutacaqlari, stol stul, çarpayi, divan ve s.men bilmirem artiq ne edim. Rahat oturmaga bir yerim azdi. Yorulmuşam evde heckim olmayanda sulu desmalnan her yeri silem. Psixoloji sixinti kecirirem. Soz deye bilmirem. Xaiş eleyirem cavab vererdiz bu halda men gerek her yeri sulu desmal ile silim ya yox? Çarpayimi da deyişmeliyem ya yox? Yani murdar olurmu her yer? Nolar tez bir zamanda oxuyun . Allah razi olsun
Cavab: 

Va aleykumus-sələm. Donuz bütünlüklə nəcis (natəmiz) sayılır. Həmçinin donuzun qanı, əti, ətindən ayrılan yağı və piyi də nəcisdir. Lakin İslamda "şübhə etməklə yəqinlik aradan qalxmaz" deyilən qayda vardır. Bu qaydaya əsasən hər hansı bir yerə nəcasətin dəydiyini yəqin bilmirsiniz və sadəcə ehtimal edirsinizsə, o yer təmiz sayılır. Buna görə də nəcasət dəydiyini yəqin bilmədiyiniz yerlərdən istifadə etməyinizdə problem yoxdur. Həmçinin bilməlisiniz ki, nəcisə toxunmaq heç də dəstəmazı pozmur və ya qüslu vacib etmir. Bunun üçün yalnız nəcis dəyən yeri yumaq kifayətdir. Bu səbəbdən hətta dediyiniz yerlərə donuz yağı dəymiş olsa belə, dəstəmazdan əvvəl əllərinizi yuyun sonra dəstəmaz alın və namazınızı qılın.

Bundan əlavə bacardığınız qədər ailənizə donuz ətinin haram olmasını başa salın. Bu barədə olan ayə və hədisləri onlara oxuyun. Həmçinin Uca Allaha dua edin ki, sizi bu sıxıntıdan qurtarsın və ailənizə hidayət versin. Həmçinin oxuyun:

Murdar şeylərdən təmizlənməyin üsulları

Qab və başqa əşyaları pak olması üçün nə etmək lazımdır?

Evdə donuz ətindən istifadə edildiyinə görə psixoloji sarsıntı keçirirəm, nə edim?

Teqlər: 
Paylaş: