Namaz qılarkən sağ tərəfimdə tüstü gördüm, bu nə ola bilər?
Sual:
Salam men Namaz qılanda sağ ciynim terefde ağ tüstü gördüm ele bildimki birwey yanır ancaq namazda casmadim axıra kimi qıldım tuklerim biz biz olmuşdu bu ne ola biler
Cavab:
Va aleykumus-sələm. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsi ola bilər. Şeytan müxtəlif yollarla namaz qılan insana mane olmağa çalışır. Belə hal hiss etdikdə və ya vəsvəsə gəldikdə şeytanın şərindən Allaha sığınaraq "Əuzu billəhi minəş-şeytanir-racim" (Məlun şeytanın şərindən Allaha sığınıram) deyin və sol tərəfə yüngülcə tüpürün. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə "xuşu" deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (Səhih əl-Buxari, 3282; Səhih Muslim, 2610). Daha ətraflı: