Namaz əsanasında telefona baxmaq və ya telefonu söndürmək olarmı?

    30.01.2020
Kimdən: 
ZəhraNur
Sual: 
Namazda mobil telfona baxmaq ve ya zeng gelerse baxmaq ve ya söndurmek olar?
Cavab: 

Əssələmu aleykum. Namaz qılarkən mümkün qədər artıq hərəkətlərə yol verməmək lazımdır. Çünki namazda yersiz yerə artıq hərəkətlər etmək namazı batil edə bilər. Həmçinin namaz qılan Rəbbinin qarşısında durduğunu düşünməlidir. Lakin əgər zərurət yaranarsa bəzi hərəkətləri etmək olar. Məsələn əgər telefonu söndürməyi unutmusunuzsa və telefonun zəng çalması sizi və namaz qılanları narahat edirsə bu halda telefonu söndürmək olar. Lakin zərurət yaranmadan telefona baxmaq olmaz. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: