Namazda qaşınmaq və qüslsüz namaz qılmaq haqqında

    29.12.2016
Kimdən: 
Gul
Sual: 
Salam. 1. Namaz qilan vaxt insanin burnu ya qulagi qawindiginda qawimag olar? 2. Bu dunyada niye haqsiz insanlar onde gedir mukafatlandirir mene xalamin cox pisliyi deyib meni werledi toyumdan 3gun qabag aglatdi yenede qargish tokmedom dedim Allah boyukdu ozu nece bilir helede elesin. Amma o yenede mukafatlanir heyatda. Allah hele insanlarin cezasini niye vermir? 3. Men teze aile qurmusam qusla gore biraz exziyet cekirem, onun basqa nese caresi var? Qusulsuz namazlar heccur gebul olmur? Onceden cox sagolun.
Cavab: 
Va aleykum Salam.
1. Ehtiyac olarsa, qaşınan yeri yüngülcə qaşımaq olar. Lakin heç bir əsaslı səbəb olamdan namaz əsnasında həddən artıq davamlı hərəkətlərə yol vermək olmaz. Məsələn, bir yeri çoxlu qaşımaq kimi. Daha ətraflı: Namazda bəyənilməyən əməllər hansılardır?
2. Böhtan atmaq qul haqqı kimi böyük günahlardan sayılır. Lakin siz səbirli olub qohumluq əlaqələrinə kəsəcək bir hərəkət etməyin. Bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın Elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlar isə mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlar isə mə­nim­lə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimi­dirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın da­vam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar". (əl-Buxari, "Ədəbul-Mufrad" kitabı, 52). Daha ətraflı:
3. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Nə dəstəmazsız (və ya qüsulsuz) namaz, nə də xəyanətlə əldə edilmiş maldan sədəqə qəbul olunar". (Muslim, 224/ 329). Su tapmadıqda, şərait olmadıqda problem aradan qalxana qədər torpaqla təyəmmüm etmək olar. Lakin çalışmaq lazımdır ki, bunu adət halına salmayasınız. Daha ətraflı bu cavabı oxuyun:
Paylaş: