Yaxın dostu zarafat məqsədilə pis ləqəblərlə çağırmaq olarmı?
Salam aleykum.
1) İslam dinində musiqi haramdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız qadınlara öz aralarında dəf çalaraq oxumağa və oynamağa, həmçinin qadının öz əri üçün rəqs etməsinə icazə vermişdir. Digər hallarda isə musiqini və rəqsi qadağan etmişdir. Daha ətraflı:
Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
2) Bir müsəlmanın hətta zarafatla olsa belə başqa birini pis və xoşagəlməz ləqəblərlə adlandırması qadağandır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)" (əl-Hucurat, 11). Bu ayənin nazilolma səbəbi barədə Əbu Cubeyrə ibn əd-Dahhak (Allah ondan razı olsun) demişdir: "O zamanlar bizlərdən bəzilərinin iki, yaxud üç adı olardı. Onlar bu adlardan bəzisi ilə çağırıldıqda qəzəblənərdilər. Onların barəsində bu ayə nazil oldu": "…Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın…." (Əbu Davud 4-cü cild, səh. 445), İbn Macəh, 3741-ci hədis).
Hətta zarafatyana olsa belə kimisə lağ etmək olmaz?
Söyüş söymək barəsində hədislər