Nəcasəti yuduqdan sonra əldən gələn pis qoxu dəstəmazı pozurmu?
Sual:
Salam Aleykum.sualima görə üzr istəyirəm.ayaqyolundan gələndən sonra əllərini yuyub, dəstəmaz alıb sonra əlindən azacıq nəcis iyi gəlirsə yenidən dəstəmaz almaq lazımdır ?
2 namaz qılan dan sonra biləndə ki destemazdan əvvəl alt paltarında sidik olub,yenidən dəstəmaz alınmalıdır?
Öncədən təşəkkürlər.
Cavab:
Va aleykum salam.
1) Əli təmiz yuduqdan sonra və dəstəmaz aldıqdan sonra əldə gələn nəcis iyinə görə yenidən dəstəmaz almaq lazım deyil. Çünki əsas olan nəcisin özünün təmizlənməsidir. Dəriyə hopan nəcis iyinə isə fikir verməyin. Həmçinin oxuyun: Murdar şeyləri təmizləməyin yolu
2) Bu cavabı oxuyun: Namazı bitirdikdən sonra üzərində nəcasət olduğunu görən nə etməlidir?