Ərim gecə klublarına müştəri aparıb faiz alır, bu günahdırmı?
Va aleykum Salam. İslam dinində belə bir qayda var. Harama səbəb, vasitə olan hər bir əməl özü də haramdır. Əgər insan bir işin haram məqsəd daşıdığını bilərsə, iş özü halal olsa belə bunu etməməlidir, çünki harama yardım etmiş sayılır. Uca Allah bu xüsusda buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
Sözsüz ki, gecə klublarına gedənlər orada haram işlərlə məşğuldurlar. Bu səbəbdən ərinizin etdiyi iş günahdır və bu işi tərk edib Allaha tövbə etməlidir.
Sizin üzərinizə düşən isə, onu gözəl şəkildə başa salmaq və bu işdən çəkindirməkdir. Ona Allahdan qorxmağı və halal yolla ruzi qazanmağı nəsihət edin. Uca Allah buyurur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 2-3). Həmçinin oxuyun:
Əri haram yolla pul qazanan qadın nə etməlidir?
Aborta gedən qadını müşaiyət eləmək günah qazandırır?